Amerikanın "Pfizer" şirkəti ilə türk alimlərinin "BioNtech" şirkətinin COVID-19 virusuna qarşı birgə hazırladığı peyvəndin tətbiqinə İngiltərə tərəfindən razılıq verilib.
Teleqraf.com xəbər verir ki, London Pfizer/BioNTech peyvəndini gələn həftədən etibarən ölkədə tətbiq olunmasına icazə verib.
Beləliklə İngiltərə COVID-19 peyvəndini təsdiqləyən ilk ölkə olub.
Qeyd edək ki, klinik təcrübəsində BNT162b2 adlı peyvəndin 95 faiz yararlı olduğu açıqlanmışdı.