2 Dekabr 2020 16:50
10 065
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin hazırda Qarabağla bağlı üçtərəfli bəyanatın bəndlərinin ardıcıl olaraq həyata keçirildiyini söyləyib.

Teleqraf.com xəbər verir ki, Rusiya prezidenti təmas xəttində və Laçın dəhlizi boyunca sülhməramlı qüvvələrin olduğunu da vurğulayıb.

“Hər kəs yaxşı bilir ki, Dağlıq Qarabağ münaqişəsi zonasında qan tökülməsini dayandırmaq, tam atəşkəsə nail olmaq və sabitləşmə prosesinə başlamaq üçün Rusiya tərəfindən aktiv vasitəçilik səyləri göstərildi. Eyni zamanda, ATƏT-in Minsk Qrupunun həmsədrləri - Rusiya, ABŞ və Fransa arasında əldə etdiyi əsas razılaşmaları nəzərə aldıq”, - Putin bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər