2 Dekabr 2020 22:58
710
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin ölkədə koronavirusa qarşı geniş miqyaslı peyvəndləmə barədə göstəriş verib.

Teleqraf.com xəbər verir ki, Vladimir Putin gələn həftədən həkim və müəllimlərin koronavirusa qarşı geniş miqyaslı peyvəndlənməsinə başlamaq planını açıqlayıb.

Rusiya Prezidenti ölkədə artıq 2 milyon dozaya yaxın koronavirus peyvəndinin istehsal olunduğunu bildirib: “Bu, kütləvi də olmasa, geniş miqyaslı peyvəndləməyə başlamağımıza imkan verir. Peyvəndləmə birinci iki risk qrupunda - müəllimlər və həkimlər üzərində aparılacaq”.


Müəllif: Teleqraf.com