20 Oktyabr 2014 14:00
939
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatı Kobani iddialarından əl çəkmir.

Teleqraf.com Cihan agentliyinə istinadən xəbər verir ki, Kobanidə kürd qüvvələri ilə toqquşmalar davam etdiyi bir dövrdə İŞİD yeni görüntülər yayımlayıb. Terrorçular bir çox rəsmi binalarda nəzarəti ələ keçirdiyini bildirib.

Kobani Mədəniyyət Mərkəzindən yayılan görüntülərdə İŞİD xadimi qərarlı olduqlarını bildirib:

“Arxamda gördüyünüz Kobani Mədəniyyət Mərkəzidir, biz irəliləməyə davam edirik. Bura kürdlərlə vuruşmağa yox, Allahın dinini hakim etməyə gəldik. Təyyarələrə, koalisiyalara və bombardmanlara baxmayaraq qərarlıyıq. Kobanini tamamilə ələ keçirənə qədər dayanmayacağıq”.

Samir


Müəllif:

Oxşar xəbərlər