3 Dekabr 2020 12:44
1 881
12 Punto 14 Punto 16 Punto 18 Punto

PKK terror təşkilatı da daxil olmaqla, bütün silahlı qruplaşmalar Sincardan çıxarılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə İraq Birgə Əməliyyat Komandanlığı məlumat yayıb.

İraqın Sincar bölgəsi PKK terror təşkilatının “İkinci Qəndili” adlandırılırdı.

Şimali İraq Kürd Muxtariyyətinin daxili işlər naziri Reber Əhməd və İraq Təhlükəsizlik Şurasının rəhbəri Qasım Aracı Bağdad və Ərbil arasında PKK-nın da Sincardan çıxarılmasını əhatə edən anlaşmanı yerinə yetirməyə başladıqlarını açıqlamışdı.

İraq Birgə Əməliyyat Komandanlığı keçən günlərdə bu məqsədlə təhlükəsizlik qüvvələrinin Sincarın mərkəzində yerləşdirildiyini bildirmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər