İraqın paytaxtı Bağdadın şimalındakı Şiə məscidində dəfn mərasimi zamanı partlayış baş verib.
Teleqraf.com cnnturk.com-a istinadən xəbər verir ki, kamikadzenin özünü partlatması nəticəsində 21 nəfərin öldüyü, ən azı 30 nəfərin yaralandı bildirilir.
Hücumu heç bir qruplaşma üzərinə götürməyib.
Qeyd edək ki, son günlər Bağdadda çoxsaylı intihar hücumları həyata keçirilir. Yayılan məlumatlara görə, hücumların böyük bir qismi “İraq-Şam İslam Dövləti” terror təşkilatı tərəfindən törədilir.
Samir