4 Dekabr 2020 12:12
1 694
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Xarici işlər naziri Qabi Aşkenazi iordaniyalı həmkarı Əymən əs-Safədi ilə iki ölkə arasındakı münasibətləri yaxşılaşdırmaq üçün gizli görüşdüyü bildirilib.

Teleqraf.com xəbər verir ki, İsrailin “Walla News” qəzeti nazirlərin İordaniya-İsrail sərhədində Kral Hüseyn Körpüsü Sərhəd Qapısında görüşdüklərini yazıb.

İllər sonra iki ölkənin xarici işlər nazirləri arasında keçirilən ilk görüşdə Fələstin və İsrail arasında danışıqların bərpası, eyni zamanda İordaniya və İsrail arasında iqtisadi məsələlərin müzakirə edildiyi vurğulanıb.

Məlumat İsrail mətbuatında yer alandan sonra İordaniya Xarici İşlər Nazirliyi açıqlama verərək, Safədi və Aşkenazi arasındakı görüşü təsdiqləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər