4 Dekabr 2020 12:39
4 302
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidentimin baş müşaviri və kürəkəni Jared Kuşnerin Donald Trampın prezidentlikdən getməsindən bir müddət əvvəl Körfəz ölkələrinə səfəri diqqətdən yayınmayıb.

Teleqraf.com xəbər verir ki, Kuşner demokrat Co Baydenin yeni vəzifəsinin icrasında başlamazdan bir müddət əvvəl Qətər və Səudiyyə Ərəbistanına səfər edib.

Kuşner Səudiyyə Ərəbistanında vəliəhd Məhəmməd bin Salman və Dohada Qətər əmiri Təmim bin Haməd əl-Sani ilə görüşüb, lakin danışıqların təfərrüatı barədə məlumat yoxdur.

Amerika mediasında yayılan məlumata görə, Kuşner tutduğu vəzifədən getməzdən əvvəl İsrail və ərəb ölkələri arasındakı normallaşma prosesinə bir və ya daha çox ölkəni daxil etmək istəyir. Bəzi mənbələr bu səfəri ərəb ölkələrinin İsraillə normallaşma prosesi kontekstində qiymətləndirir, bəziləri isə Kuşnerin ərəb ölkələrinin Qətərə tətbiq etdiyi embarqonu aradan qaldırmaq məqsədi ilə şərh edir.

Kuşnerin vəzifəsindən getdikdən sonra Ərəb-İsrail normallaşma prosesini qeyri-rəsmi şəkildə izləmək istədiyi iddialar arasındadır. Bununla yanaşı, Vaşinqtondakı bəzi rəsmi mənbələr Kuşner və Tramp ailəsinin prezidentlik dövründən sonra Körfəz ölkələri ilə əlaqələr inkişaf etdirmək istədiklərini və bu səfərin bu əlaqələrin təməlini atmağı hədəf aldığını iddia edirlər.

Kuşner Trampın müşaviri postuna gəldikdən sonra ABŞ rəhbərliyi ilə Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd Bin Salman arasındakı əlaqələrin inkişafında mühüm rol oynayıb. İsraillə yaxın münasibətləri səbəbindən Körfəz ölkələri ilə Təl-Əviv arasında vasitəçi rolunu oynayan Kuşnerin bölgədə qurduğu münasibətlərdən ticari və ya gələcəkdə siyasi məqsədlər üçün istifadə etməsi gözlənilir.


Müəllif: Mənsur Rəğbətoğlu