4 Dekabr 2020 16:28
12 227
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ərəb İnsan Haqları Təşkilatı Fransa hökumətinin ölkədəki məscidləri yoxlamaq qərarını qınayıb, müsəlmanlara tətbiq olunan sistemli təzyiqlərin bütün Avropada nifrəti artırdığı, sülhü və sosial təhlükəsizliyi təhdid etdiyi xəbərdarlığını edib.

Teleqraf.com xəbər verir ki, Ərəb İnsan Haqları Təşkilatı (AOHR) tərəfindən verilən açıqlamada, Avropa Birliyini (AB) Fransa hökumətinin müsəlmanlara qarşı tətbiq etdiyi sərt siyasətlərə səssiz qalmamağa çağırıb.

Fransa hökumətinin oktyabrın 16-dan bəri müsəlmanlara qarşı həbs kampaniyalarına başladığı və bu çərçivədə 20-dən çox məscid və qurumu bağladığı və bu vəziyyətin Fransa və digər ölkələrdə nifrəti daha da artırdığı bildirilib.

Açıqlamada Fransa Daxili İşlər naziri Cerald Darmanin ölkədəki 76 məscidin yoxlanılacağını açıqlaması qınanılıb.

AOHR açıqlamasında Fransa hökumətinin ərəblərə və müsəlmanlara qarşı siyasətinin ifrat sağçıların müsəlmanlara qarşı düşmənçiliyə təhrik edən, hücumları artıran, ciddi nəzarət tələb edən və məscidlərin bağlanmasını tələb edən siyasətləri ilə uyğun olduğu vurğulandı.

Beynəlxalq təşkilat Fransa hökumətini izlədiyi təhlükəli siyasətdən imtina etməyə çağırıb.

Fransa Daxili İşlər naziri Cerald Darmanin dünən ölkədəki 76 məscidi yoxlayacaqlarını açıqlayıb.

Oktyabrın 16-da Fransada Samuel Pati adlı bir müəllimin öldürülməsindən sonra müsəlman birliklərinə və məscidlərə təzyiqlər artıb. Darmanin noyabrın 3-də Emmanuel Makronun vəzifəyə gəlməsindən bəri ölkədə 43 məscidin bağlanıldığını bildirib.

Makron hökuməti tərəfindən hazırlanan və dekabrın 9-da Nazirlər Kabinetinə təqdim ediləcək “İslamçı separatçı" qanun layihəsi məscidlərin maliyyələşdirilməsinə daha sərt nəzarət etmək, müsəlmanlar və dərnəklərinə nəzarəti artırmaq, habelə xaricdən din xadimlərinin ölkəyə gəlməsinin qarşısını almaq məqsədi daşıyır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər