4 Dekabr 2020 21:39
1 331
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədən Çinə ilk ixrac qatarı dekabrın 4-də yola düşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib.
Məlumatda qeyd edilib ki, ilk dəfə Türkiyənin rəhbərliyi ilə Çindən yola çıxaraq Transxəzər Şərq-Qərb Mərkəzi Dəhlizi və Marmaraydan istifadə etməklə 2019-cu ilin noyabr ayında Avropanın Praqa şəhərinə çatan tranzit qatar sonradan Çin-Türkiyə-Avropa xətti üzrə 10 blok olaraq fəaliyyət göstərib. Bu dəfə ixrac yükü daşıyan qatar ilk dəfə Türkiyədən Çinə hərəkət edir.

Ölkəmiz şərqlə qərb arasındakı əlaqəni inkişaf etdirmək və bölgədəki mərkəzi mövqeyini möhkəmləndirmək üçün nəqliyyat sahəsində lazımi addımları atmaqda davam edəcək.

İstanbuldan yola çıxan qatar şəhərin iki qitəsini birləşdirən Marmaraydan keçərək Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Transxəzər Şərq-Qərb Mərkəzi Dəhlizindən keçərək Çinə gedəcək. Ümumilikdə 8693 kilometr yol gedəcək qatarın 2 qitə, 2 dəniz və 5 ölkədən keçərək 12 günə Çinə çatması planlaşdırılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər