5 Dekabr 2020 20:07
2 528
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Diyarbakır vilayətinin Lice çölündə PKK-ya qarşı əməliyyat zamanı terror təşkilatının 20 illik gizli arxivi ələ keçirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb.

Arxivdəki məlumatlar və etiraf edənlərin verdikləri bilgilər əsasında PKK-nın məşhur terrorçusu ələ keçib. Tutulan terrorçunun təşkilatın liderləri Murad Karayılan və Cəmil Bayıkın poçtalyonu olduğu öyrənilib.

R.G. adlı terrorçunun PKK liderlərindən aldığı məlumatları Lice çölündə terrorçulara çatdırdığı və son vəziyyəti terror liderlərinə bildirdiyi vurğulanıb.

R.G.-nin təşkilatın tez-tez Dəməşq,Metina və Zapa getdiyi və buradan təlimat aldığı bildirilib.

Terrorçunun sağ ələ keçməsi məlumatların PKK-nın dağlardakı birliklərinin dağılmasını daha da sürətləndirəcəyi və fərqli əməliyyatların başlayacağı iddia edilib.

Karayılan və Bayıkın poçtalyonu dindirildikdən sonra həbsxanaya göndərilib. Digər tərəfdən, əməliyyatın noyabrın 13-də həyata keçirildiyi və gizlilik baxımından daha sonra açıqlandığı bildirilib.


Müəllif: Mənsur Rəğbətoğlu