20 Oktyabr 2014 15:41
841
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nigeriya Ebola virusundan azad zona elan olunub.

Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, bununla bağlı Ümumdünya Səhiyə Təşkilatı (ÜST) bəyanat yayıb. Bildirilir ki, bu qərar ölkə ərazisində 6 həftə ərzində yeni xəstəlik hallarının aşkar edilmədiyinə görə verilib.

Afrikada əhalisinə görə birinci olan Nigeriyaya Ebola virusunu iyul ayında xəstəliyə yoluxduğu iddia edilən liberiyalı diplomat Patrik Savyer gətirib. Bundan sonra Nigeriyada dövlət səviyyəsində dərhal qabaqlayıcı tədbirlər görülüb, ölkə səhiyyəsində fövqəladə vəziyyət elan edilib. Bir müddətdən sonra Savyer və yeddi nigeriyalı xəstəlikdən vəfat ediblər.

Xatırladaq ki, Qərbi Afrikada Eboladan 4500 adam ölüb və ölüm hallarının əksəriyyəti Liberiyada, Qvineya və Syerra Leonedə qeydə alınıb.

Samir


Müəllif:

Oxşar xəbərlər