"İlk Milli Helikopter Mühərriki TEİ-TS1400"ün dizayn və təhvil-təslim mərasimində maraqlı anlar yaşanıb.
Teleqraf.com xəbər verir ki, mühərrikin işə salınması zamanı TUSAŞ Mühərrik Sənayesi (TEI) şirkətinin baş direktoru Mahmud Akşidin söylədiyi fikirlər diqqət çəkib.
Prezident Rəcəb Tayyib Ərdoğan mərasimə canlı bağlantı ilə qoşulub.
Baş tutan dialoqu təqdim edirik:
Ərdoğan: Hulusi bəy, (Müdafiə naziri Hulusi Akar - red.) hazırıq?
Mahmud Akşid: Mühərrik işləyir, cənab prezident. Təxribat törətmək istəyənlərə haqqımızı halal etmirik.
Akar: “Cənab prezident, Əskişəhərdən bütün dostlarımızla birlikdə hörmət və şükranlarımızı bildiririk. Sağ olun. Zati alinizin liderliyi, rəhbərliyi və dəstəyi ilə bu günlərə gəldik. Çox şükür, böyük qürur, iftixarla mühərriki işə salırıq".
Ərdoğan: "Buyurun, Xeyirli olsun, Ya Allah Bismillah".