6 Dekabr 2020 09:12
855
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rumıniyada bu gün parlament seçkiləri keçiriləcək.

Teleqraf.com xəbər verir ki, seçki məntəqələrində səsvermə saat 09:00-da başlayacaq və 23:00-da başa çatacaq.

Seçkilər parlamentin hər iki palatasına keçirilir. Rumıniya vətəndaşları 7 136 namizəddən - 2 477 namizəd Senata və 4 659 namizəd deputatlar Palatasına, 136 deputat və 329 senator seçməli olacaqlar.

Qeyd edək ki, 18 milyondan artıq vətəndaş səsvermə hüququna malikdir.


Müəllif: Teleqraf.com