6 Dekabr 2020 13:42
1 889
12 Punto 14 Punto 16 Punto 18 Punto

PKK liderlərindən biri Murad Karayılanın terror təşkilatının düşərgələrindən qaçmağa cəhd göstərən 4 terrorçunu edam etdiyi ortaya çıxıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” qəzeti məlumat yayıb.

Məlumatda Karayılanın edamı özünün icra etdiyi bildirilib.

PKK edamı bir il gizlədikdən sonra ailələrinə yalan xəbə göndərərək, hərbi əməliyyatlar zamanı həlak olduqlarını bildirib. Qəndildəki PKK düşərgəsindən qaçıb Türkiyə kəşfiyyatına təslim olan Behzat B. adlı (27) terrorçu dindirilmə zamanı Karayılanın yalanını ifşa edib.

Edam edilən Şadi Önal, Adəm Akyol, Şərvan Atilla və Ayətullah Cengizin fotoları Behzat B. tərəfindən türk kəşfiyyatına göstərilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər