İranda ötən sutka ərzində 294 nəfər yeni növ koronavirusdan (COVID-19) ölüb.
Teleqraf.com xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari bildirib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 50310 nəfərə çatıb.
Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 11561 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 1040547 nəfərə yüksəlib.