Türkiyədə özünü “Məsih” elan etməsi ilə tanınan Həsən Məzarcı ölməsi ilə bağlı yayılan iddiaya cavab verib.
Teleqraf.com xəbər verir ki, Məzarcı verilişlərin birində bu haqda danışıb.
O, iddiaya “Məsihlər ölməz” cavabını verib:
“Bu iddiaların haradan gəldiyini bilmirəm. Bir çox saytlarda yazırlar ki, Həsən Məzarcı ölüb. Başsağlığı üçün mənə zəng edirlər. Mən də təşəkkür edib, Allah razı olsun deyirəm.
Mən heç həbsxanada xəstələnmədim, havaya belə çıxmadım, aspirin də qəbul etmədim. Mənimlə bağlı yalan məlumatlar yayırlar ki, xalq Həsən Məzarcının Məsih olduğuna inanmasın. Qorxurlar. Mənim haqda “dəlidir” fikri formalaşdırmaq istəyirlər ki, xalqın inancına əngəl olsunlar”.
Həsən Məzarcı 1997-ci ildə həbsxanadan çıxdıqdan sonra yuxuda olarkən “peyğəmbər” elan edildiyini bildirərək, özünü “Məsih” adlandırıb. Məzarcı həbsdən sonra Almaniyaya köçüb.