7 Dekabr 2020 11:33
1 163
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin İstanbul şəhərində saxlanılan rusiyalı jurnalistlərin işi məhkəməyə göndərilib.

Teleqraf.com xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

“Həbs olunan jurnalistlərin işinə məhkəmə baxacaq, artıq iş ora göndərilib”, - məlumatda qeyd edilib.

Bir neçə gün əvvəl Rusiyanın “NTV” telekanalının əməkdaşları Aleksey Petruşko və İvan Malışkin Türkiyədə saxlanılıb.

Türkiyə Xarici İşlər Nazirliyi verdiyi açıqlamada İstanbulda saxlanılan jurnalistlərin akkreditasiyası olmadığı və döyüş dronları istehsal olunan “BAYRAKDAR”-ın yerləşdiyi ərazidə icazəsiz çəkiliş apardığı bildirilib.

Açıqlamsda iki jurnalistin icazəsiz çəkilişlərə görə həbs olunduğu təsdiqlənib, həbs müddəti üç gün uzadılıb.

Rusiyalı jurnalistlər casusluqda ittiham edilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər