7 Dekabr 2020 12:58
3 048
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tünelin sonunda işıq görünür. ABŞ-da vətəndaşlar pandemiyaya qarşı təhlükəsizlik tədbirlərinə əməl edərlərsə, yazın ilk aylarında həyat normal vəziyyətə düşəcək.

Teleqraf.com xəbər verir ki, bu sözləri ABŞ-ın COVİD-19 vaksin proqramının rəhbəri Moncef Slaoui deyib.

Proqram rəhbəri deyib ki, ABŞ Qida və Dərman Təşkilatının (FDA) bu həftə keçirəcəyi görüşdə Pfizer/BioNtech şirətlərinin birgə hazırladığı peyvəndin istifadəsini təsdiq edəcəyinə ümid edir:

“FDA-nın olduğu mərhələ dərin və çox əhəmiyyətlidir. Məndə olan informasiyaya görə, FDA-nın pozitiv qərar verəcəyinə ümid edirəm. Amma aydındır ki, bu onların qərarıdır. İlk peyvənd tətbiqi təsdiqlənmədən bir gün sonra baş verəcək”.

COVİD-19 vaksin proqramının rəhbəri əlavə edib ki, FDA-nın təsdiq edəcəyi təqdirdə ilk peyvənd ABŞ-da səhiyyə personalına və qocalar evində yaşayan 3 milyona yaxın insana vurulacaq.

Doktor Slaoui əlavə edib ki, yanvar və fevral aylarında inkişafın baş verəcəyini düşünür: “Ancaq diqqətlə baxdıqda normal həyata dönüş aprel-may aylarına qədər çəkə bilər. Bu səbəbdən də tunelin sonunda işıq olduğu gerçəyi ilə insanların rahat olması vacibdir. Buna görə qaydalara əməl etməliyik".

Xatırladaq ki, Pfizer/BioNtech vaksini Türk və amerikalı alimlərin birgə hazırladığı peyvənddir. Artıq Böyük Britaniya onun tətbiqinə rəsmən icazə verib.


Müəllif: Cavad

Oxşar xəbərlər