7 Dekabr 2020 16:13
6 403
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əlcəzair Milli Qurtuluş Cəbhəsi (MQC) Avropa Parlamenti (AP) tərəfindən təsdiqlənmiş qətnamədə bu ölkədəki insan haqlarının tənqidinin arxasında Fransanın dayandığını bildirib.

Teleqraf.com xəbər verir ki, partiyanın baş katibi Əbul Fəzl Baci AP-nin məlum qətnamə layihəsinin müstəmləkə dövlətləri, xüsusən Fransa tərəfindən qəbul edildiyini söyləyib.

Avropa Parlamenti noyabrın 26-da Əlcəzairdə İnsan Hüquqlarının Vəziyyəti adlı qərar layihəsini təsdiqləyib. Qətnamədə bu ölkədəki insan hüquqları vəziyyətinin “həyəcanverici” olduğu bildirilib.

Əlcəzair AP-nin təsdiqlədiyi layihəni “daxili işlərə müdaxilə” olaraq xarakterizə edib.

Əlcəzair Xarici İşlər Nazirliyin verdiyi açıqlamada bildirilib ki, heç bir Avropa ölkəsi bu dövlətin daxili işlərinə bu qədər kobud və qəbuledilməz bir üsulla müdaxilə edə bilməz.

AP-nin atdığı addım təhqiredici və alçaldıcı olaraq xarakterizə olunub, bunun Əlcəzair-Avropa münasibətlərinə zərər verəcəyi xəbərdarlığı edilib.

Açıqlamada sənədin düşmən tərzinə malik olduğu və müstəmləkə dövründən Əlcəzairin suverenliyinə və xalqına qarşı qərəzin ifadəsi olduğu vurğulanıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər