7 Dekabr 2020 13:07
1 226
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada Volqa çayı üzərində körpü inşası zamanı kran çöküb. Nəticədə 5 işçi çaya düşüb.

Teleqraf.com xəbər verir ki, işçilərdən üçünü Volqa çayından çıxarmaq mümkün olsa da, iki nəfər tapılmayıb.

Hadisə dünən Rusiyanın Samara bölgəsində, Volqa çayı üzərində yeni qurulan körpünün inşası zamanı baş verib.

Rusiya Fövqəladə Hallar Nazirliyi bəyan edib ki, çayda iki işçinin axtarışı davam edir. Bildirilir ki, fəhlələrin axtarışı 10 dərəcə mənfi temperaturda aparılır.


Müəllif: Cavad

Oxşar xəbərlər