Moskvada son sutka ərzində koronavirusdan 71 nəfər dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, bu barədə paytaxtda yaradılmış Operativ Qərargah məlumat yayıb.
Bununla da Rusiya paytaxtında yeni növ virusdan ölənlərin sayı 9496 nəfərə çatıb.
Qeyd edək ki, ötən gün Moskvada ölüm sayı 76 olub.