8 Dekabr 2020 14:03
1 812
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə saxlanılan Rusiyanın "NTV" telekanalının işçiləri Aleksey Petruşko və İvan Malışkin Rusiyaya uçublar, onlarla bağlı hər şey qaydasındadır.

Teleqraf.com xəbər verir ki, bu barədə kanalın saytındakı məlumatda bildirilir.

"Bizim həmkarlarımız, "Mərkəzi televiziya" proqramının əməkdaşları Aleksey Petruşko və İvan Malışkin artıq Moskvadadır. Onlar gecə reysi ilə uçublar. Onlarla bağlı hər şey qaydasındadır", – telekanalın mətbuat xidməti bildirib.

NTV həmçinin, etdiyi köməkliyə görə Rusiya Xarici İşlər Nazirliyinə, Rusiyanın Ankaradakı səfirliyinə, İstanbuldakı baş konsulluğa və mediaya minnətdarlıq edib.

Qeyd edək ki, dekabrın 4-də NTV Türkiyədə "Mərkəzi televiziya" proqramının iki əməkdaşının həbs olunduğunu açıqlayıb. Elə həmin gün onların həbs müddəti üç gün artırılıb.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, ruslar pilotsuz uçuş aparatlarının tədqiqi və inkişafı mərkəzinin yaxınlığında icazəsiz çəkiliş aparıblar.

Dekabrın 7-də onların yaxın vaxtlarda Rusiyaya deportasiya ediləcəyi məlum olmuşdu.


Müəllif: Səxavət

Oxşar xəbərlər