9 Dekabr 2020 01:52
1 872
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə Baş naziri Boris Conson Brexit danışıqlarında Avropa Birliyi (AB) ilə ticarət müqaviləsi imzalamağın çox çətin göründüyünü söyləyib.

Teleqraf.com xəbər verir ki, baş nazir Brexit danışıqları ilə əlaqədar olaraq ingilis mediasına açıqlamalar verib.

Brexit keçid dövrünün dekabrın 31-də bitəcəyini xatırladan Conson bildirib:

“Yanvarın 1-də nə olur-olsun bir dəyişiklik olacaq və insanlar bu dəyişikliyə hazırlaşmalıdırlar. An gələ bilər ki, razılaşma olmayan bir nəticəyə qərar verəcəyik. İngiltərə üçün əlimizdən gələni etməyə çalışırıq”.

“AB ilə ticarət razılaşması hazırda çox çətin görünür”, deyən Conson tərəflərin balıq ovu ilə əlaqədar anlaşmadan çox uzaq nöqtələrdə dayandıqlarını qeyd edib.

İngiltərə Baş naziri Conson dünən Avropa Birliyi (AB) Komissiyasının sədri Ursula von der Leyenlə telefonda danışıb. Görüşdən sonra açıqlama verən baş nazir ədalətli rəqabət mühiti, ticarət anlaşılmazlığı və balıqçılıq kimi kritik mövzularda əhəmiyyətli fikir ayrılıqlarının davam etdiyi deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər