20 Oktyabr 2014 20:44
758
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulda döyərək öldürdüyü 3 yaşlı uşağını salafana bükərək Bursaya yetirib basdırdığı iddia edilən ata həyat yoldaşının polisə şikayəti ilə saxlanılıb.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə vətəndaşı İzzət Kayı hadisəni Bağşılardakı evində törədib. Hadisədən sonra ev sahibi cəsədi bir çantaya qoyaraq, eyvanda saxlayıb. Bu müddət ərzində evinin əşyalarını satan ailə İstanbuldan icarəyə götürdükləri avtomobillə Bursanın Orhangazi rayonuna köçüb.

Hadisədən xəbərdar olan 3 yaşlı uşağın anası Fatma Kaya polisə gedib və olanları bildirib. Oğlunu öldürdüyünü etiraf etdikdən sonra cinayətkar cəsədin basdırıldığı yerə gətirilib.

Ərazidə yağışlardan sonra torpaq sürüşməsinin baş verməsi axtarış işlərini çətinləşdirib.

Samir


Müəllif:

Oxşar xəbərlər