9 Dekabr 2020 15:17
3 312
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Türkiyədən zərərvericilərə yoluxmuş pomidor tədarükünün sistematik xarakterindən narahatdır. Türkiyə Respublikasından gələn faraş pomidorlarda karantin fitosanitar nəzarəti həyata keçirildikdə Avrasiya İqtisadi İttifaqına üzv ölkələr üçün karantin obyektləri sistematik olaraq müəyyən edilir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Rosselxoznadzor”un yaydığı açıqlamada deyilir.

Yoluxmuş məhsulların tədarükünün əsasən Antalya və İzmir vilayətlərindən həyata keçirildiyi qeyd olunur. “Rosselxoznadzor” daha əvvəl bu vilayətlərdə istehsal və ya ixrac olunan pomidor və bibər idxalına qadağanın tətbiq olunduğunu elan edib.

Xidmət ölkənin daha iki vilayətindən – Trabzon və Hataydan Rusiyaya məhsul idxalına qadağa qoyulmasını nəzərdən keçirə biləcəyini açıqlayıb.

Daha əvvəl “Rosselxoznadzor”un 10 dekabrdan etibarən Azərbaycandan pomidor və alma tədarükünü qadağan etdiyi açıqlanmışdı. Xidmət həmçinin dekabrın 14-dən etibarən Ermənistanın Armavir vilayətindən Rusiyaya pomidor və bibər idxalını da qadağan edib.


Müəllif: Səxavət

Oxşar xəbərlər