9 Dekabr 2020 16:20
9 054
12 Punto 14 Punto 16 Punto 18 Punto

Liviyada qiyamçı Haftar qüvvələrinə dəstək verən Rusiyanın “Vaqner” silahlı qrupundan bir etiraf gəlib.

Teleqraf.com xəbər verir ki, muzdlu qrupunun keçmiş komandiri Marat Qabidullin Türkiyənin müdaxiləsini nəzərə almadıqları üçün Liviyada məğlub olduqlarını bildirib.

Qabidullin müharibədə məğlub olduqlarını, “Vaqner”in indi qeyri-peşəkar və bacarıqsız döyüşçülərdən istifadə etdiyini bildirib:

“Vaqner” üzvləri yaşadıqları məyusluq səbəbiylə liderlərinə olan inamını itirib. Liviyadakı gəlişmələr lazım olan qədər araşdırılmadı və Türkiyənin müdaxiləsini nəzərə almadıq. Bu səbəbdən məğlub olduq”.

Rusiyadakı münaqişə bölgələrini araşdıran xəbər saytı olan “Meduza”ya danışan Marat Qabidullin Liviyadakı müharibədə məğlubiyyətin özünəinamın ciddi şəkildə itirilməsinə səbəb olduğunu söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər