10 Dekabr 2020 08:40
1 096
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Delaver ştatında prezidentliyə namizəd Co Baydenin oğlu Hanter Baydenin ödədikləri vergilərlə bağlı araşdırmalara başlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Hanter özü məlumat verib.

O bildirib ki, ötən gün vəkili Delaver prokurorluğunun vergi işləri ilə əlaqədar araşdırma apardığını deyib:

"Bu barədə vəkilimdən məlumat aldım. Bu məsələyə çox ciddi yanaşıram. Hesab edirəm ki, peşəkar vergi məsləhətçilərinin köməyi ilə işimi düzgün və qanuni şəkildə apardığım məlum olacaq"

Öz növbəsində Co Baydenin seçki qərargahı Hanter Baydeni dəstəklədiyini bəyan edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər