Səudiyyə Ərəbistanının Məkkə şəhərinə çəyirtkə sürüləri basqın edib.
Teleqraf.com xəbər verir ki, şəhəri bütün istiqamətlərində “ələ keçirən” çəyirtkələr bitkilərə zərər verir.
Məkkə sakinləri Məscidül-Haram və ətrafına çəyirtkələrin yayılmasından narahat olduqlarını dilə gətiriblər, aidiyyəti qurumlardan lazımi tədbirləri görmək üçün təcili hərəkət etmələrini istəyiblər.
Qeyd edilib ki, çəyirtkə və tarakanlar keçən il də Məkkə və Məscidül-Harama basqın etmişdi.
Müsəlmanların Həcc ziyarətində olduqları Məscidül-Haramda ilk dəfə belə bir hadisəyə rast gəlindiyi bildirilib.