11 Dekabr 2020 12:55
6 862
12 Punto 14 Punto 16 Punto 18 Punto

Video əlavə olunub:

***

09:52

Rusiya hərbi qüvvələri Azad Suriya Ordusu (ASO) və PKK/YPG terror təşkilatı arasında şiddətli qarşıdurmaların getdiyi Ayn İsaya girib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Yeni Şafak” qəzeti məlumat verib.

Məlumatda qeyd edilib ki, Türkiyə Silahlı Qüvvələrinin bölgədəki əməliyyatlarından qorxan terrorçular bölgəni Rusiya və Bəşər Əsəd qüvvələrinə təhvil verib.

Rəsmi orqanların binalarına Rusiya və Suriya bayraqları asılıb.

20 gündür PKK/YPG-nin Ayn İsada yerləşən Türkiyə Silahlı Qüvvələri və ASO-nun mövqelərini atəşə tutmasından sonra döyüşlər gedirdi. Bu müddət ərzində mövqeləri darmadağın edilən terrorçular Türkiyənin genişmiqyaslı əməliyyatlara başlayacağından ehtiyat edərək bölgədən geri çəkilmişdi.

Bölgədən tamamilə geri çəkilməyə hazırlaşan terrorçuların köməyinə Rusiya və Əsəd qüvvələri çatıb.

Məlumata görə, dekabrın 7-dən bəri bazarlıq etməyə çalışan Rusiya, Əsəd rejimi və PKK dünən anlaşıb. Bundan sonra Ayn İsanın Rusiya və Əsəd rejiminə təhvil verildiyi bildirilib. Rusiya hərbi bazasında keçirilən görüşdə rus zabitlərin terrorçuları yola gətirdiyi deyilib. Görüşdən sonra terror təşkilatının liderlərindən biri Riyad Xələf ruslarla birlikdə M-4 magistral yolu üzərində 3 hərbi postun qurulacağını açıqlayıb.

Mənsur Rəğbətoğlu


Müəllif: Mənsur Rəğbətoğlu