Hindistanın cənubunda barıt fabrikində partlayış baş verib.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, Andra Pradeş əyalətinin polis rəisi Ravi Prakaşın açıqlamasında hadisənin Godavari rayonunun Vakatippa kəndində baş verdiyi bildirilir.
Onun sözlərinə görə, partlayış nəticəsində 13 nəfər ölüb, 7-si isə yaralanıb.
Rəsmilər partlayışdan sonra zavodda baş verən yanğın xilasetmə işlərini ləngitdiyini qeyd edirlər. Məlumatlarda təhlükəsizliyin tam təmin olunmaması səbəbində Hindistan zavodlarında tez-tez partlayış meydana gəlir.
Samir