11 Dekabr 2020 10:26
2 340
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Mərkəzi Qüvvələri Komandanlığı (CENTCOM) Hərbi Hava Qüvvələrinə məxsus iki “B-52H” tipli nüvə bombardmançı təyyarəsinin ikinci dəfə Yaxın Şərq üzərində uçuş həyata keçirdiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, CENTCOM-dan verilən açıqlamada uçuşun ABŞ-ın regional hərbi tərəfdaşlarına sədaqətini nümayiş etdirdiyi qeyd edilib.

Məsələ ilə əlaqədar danışan CENTCOM komandanı general Kennet Makkenzi bu uçuşların tərəfdaş dövlətlərə və müttəfiqlərə zəmanət verdiyini və düşmənin təcavüzünə mane olduğunu deyib:

“Potensial düşmənlər başa düşməlidirlər ki, yer üzündə heç bir dövlət hücumlara bu qədər hazır və müharibəni bu qədər sürətli apara bilməz”.

ABŞ son həftələrdə Yaxın Şərq üzərində oxşar uçuş həyata keçirmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər