11 Dekabr 2020 14:55
8 111
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycandan səfərdən qayıdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərin suallarını cavablandırıb.

Teleqraf.com xəbər verir ki, Ərdoğan region ölkələrinin iştirakı ilə “Altılıq” platformasının qurulması ehtimalına da toxunub.

Jurnalistin əlaqədar sualına cavabda Türkiyə lideri deyib: “Cənab Putin buna müsbət yanaşır. Aramızdakı telefon danışığında fikrimin necə olduğunu soruşdu. Dedim ki, cənab İlham Əliyev buna müsbət yanaşdıqdan sonra mənim üçün müsbət yanaşmaq vacibdir. Hətta Gürcüstan məsələsi də gündəmə gəldi. Dedik ki, bu işi böyüdək.

Dediyim kimi, Ermənistan müsbət addımlar atarsa, Ermənistana bağlı qapılarımızı açacağıq. Çünki bizim yeganə dərdimiz xalqlar arasında regional barışığı təmin etməkdir. Burada da regional sülh haqqında düşünürüksə, bununla məşğul oluruqsa və “Altılıq” platforması bunu təmin edəcəksə, işimiz bu qapıları açmaq olacaq.

İndiyədək də bunu deyirdik. Cənab Putin bundan çox məmnun qaldı. Qardaşım İlham Əliyev də dedi ki, Siz nə etsəniz, mən də bunu qəbul edəcəyəm. Bu şəkildə razılaşdıq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər