11 Dekabr 2020 15:13
3 756
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Çox aydın və açıq danışacağam, təəssüf ki, Minsk Qrupunda yer alan Fransanın Prezidenti Makron heç vaxt Qarabağ münaqişəsinin müsbət həllinə töhfə verməyib. Təəssüf ki, Fransa prezidenti burada da qeyri-peşəkar hərəkət edir. Atdığı çox təcrübəsiz addımlar sayəsində hər şeyi bir-birinə qarışdırdı”.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycandan qayıdarkən jurnalistlərin suallarını cavablandıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Diqqət edirəm, Makronun siyasi həyatında hər yerdən bir şey əldə etmək və ya çıxarmaq səyləri var. Liviya və Livanda da bunu etməyə çalışır.

Hər şey deyildi, izah edildi, buna baxmayaraq müxtəlif ölkələrlə əlaqə quraraq, oradan bizə palçıq atmağa çalışdı. Yəni Makron belə bir xarakterdə olan adamdır. Azərbaycanla bağlı atdığı addımlarda da hesablamalar aparmadı.

Xüsusilə, cənab Əliyev atdığı addımlarla Makronun bu hesablamalarını pozdu. Bu, kimə zərər verəcək? Əlbəttə, Fransaya. Niyə? Bu günə qədər atılan addımlardan başqa, məsələn, müxtəlif razılaşmalar var, Fransa bəlkə də bununla Azərbaycan-Fransa münasibətlərinə son qoyacaq. Bu, siyasi təcrübəsizlikdir. Makron da siyasətin təcrübəsizidir. Artıq bu, bütün ictimai rəy sorğularında özünü təsdiq edir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər