“Türkiyə ilə bütün sahələrdə əməkdaşlıq edə bilərik. Türkiyənin çox güclü bir potensialı var, Qazaxıstanın da bu cür potensialı var. Qazaxıstan və Türkiyə qardaş ölkələrdir, bunu əməldə göstərmək üçün konkret addımlar atmaq lazımdır”.
Teleqraf.com xəbər verir ki, bunu Qazaxıstanın Türkiyədəki səfiri Abzal Saparbekulı deyib.
Saparbekulı hazırda ticarətin 50 faizdən çoxunun Şərq ölkələrində həyata keçirildiyini, Avropanın ən böyük ticarət tərəfdaşlarından birinin hazırda Şərq olduğunu bildirib:
“Gəlin, bu planları iqtisadi və sənaye anlamında Qazaxıstanda, Orta Asiyada həuyata keçirək. Qazaxıstan hər növ sənaye istehsalı üçün ucuz xammal mənbəyidir. Qazaxıstan neft ehtiyatları ilə dünyada doqquzuncu, qızılla ikinci, uranla birinci, xromla üçüncü yerdədir. Bütün bunları fürsətə çevirərək, Türkiyə sənayesinin fundamental strukturuna çevirə bilərik. Qazaxıstan və Orta Asiya üzərindən 1.5 milyardlıq Çin bazarına çıxa bilərik. Buna Türkiyə və Qazaxıstan arasındakı qardaşlıq etimadı əsasında nail ola bilərik. Qazaxıstanı türk sənayeçilərinin bazası olaraq seçin”.