ABŞ Prezidenti Donald Tramp dünyaca məşhur türk ürək cərrahı Mehmet Özü Prezident yanında Fitnes, İdman və Sağlam qidalanma şurasına üzv təyin edəcək.
Teleqraf.com xəbər verir ki, Ağ Evdən verilən yazılı açıqlamada Trampın Fitnes, İdman və Sağlam qidalanma şurasına üzv təyinatlarının siyahısı dərc edilib.
Siyahıda yer alan 29 şəxs siyahısında türk ürək cərrahı Mehmet Özün də adı var.