ABŞ-ın yeni seçilən prezidenti Co Bayden işə başlamazdan bir ay əvvəl ölkədə edam səhnələri yaşanır. Son iki gündə iki edam səhnəsi baş tutub.
Teleqraf.com xəbər verir ki, Prezident Donald Tramp iqtidarının son günlərində edama məhkum olunan şəxslərin edam olunmasına dair qərarlar verilib.
Əslində son 130 ildə ABŞ-da prezident dəyişikliyi öncəsi edam hökmləri yerinə yetirilmir. Amma Co Baydenin iqtidara gəlişi öncəsi 5 məhkumun edam olunması gözlənilir. Bunlardan ikisi artıq edam edilib. Tramp son 100 ilin ən çox insan edam edən ABŞ prezidenti olacaq. Onun dövründə 13 nəfər edam edilib.
İndiana ştatından Brandon Bernard adlı məhkumun edam cəzası zəhərli iynə ilə əvəzlənib. Brandon 1999-cu ildə soyduğu bir ailəni məhv edib. O, ABŞ tarixində edam olunan ən gənc məhkumdur. Cinayət edərkən 18 yaşında olub. Onunla birlikdə gənc ailəni öldürüb yandıran Vialvada edama məhkum edilib. Vialvada yayda edam edilib, bu prosesdə iştirak edən digər 3 nəfərin yaşı 18-ə çatmadığından onlar barəsində həbs qərarı çıxarılmışdı.
İkinci edam olunan şəxs isə yük avtomobilinin sürücüsü Alfred Bourgeois olub. O, 20 il əvvəl iki qızını işgəncə ilə öldürüb. Vəkillər onun əqli baxımından problemi olduğunu iddia ediblər. Ancaq qəribədir ki, Akfred dünən axşam edam olunan zaman son sözünü deyərkən üzr diləməyib və qızlarını öldürmədiyini elan edib.
“Allahdan mənə qarşı plan quran, planı həyata keçirən, saxta dəlillər yerləşdirən hər kəsi bağışlamasını istəyirəm. Bu cinayəti mən etməmişəm”,-edamdan əvvəl məhkum deyib.
Lisa Montgomery adlı məhkum 2004-cü ildə hamilə qadını boğaraq öldürüb, qarnını kəsərək körpəni qaçırmaq səbəbindən edama məhkum olunub. Bu şəxs əgər edam olunsa, 1953-cü ildən bu yana ABŞ-da ilk edam olunan qadın kimi tarixə düşcək. Onun edamı dekabrın 8-nə planlaşdırılsa da, koronavirus səbəbindən 12 yanvarda baş verəcək.
Kory Conson isə narkotik ticarəti zamanı 7 nəfəri öldürdüyünə görə, edama layiq görülüb. Bu şəxs yanvarın 14-də edam olunacaq.
Ən çox məhkum edamı zamanı prezident kimi tarixə düşəcək Trampın ədliyyə naziri Villiam Barr bəyan edib ki, onlar yalnız qanunları tətbiq edirlər.
ABŞ insan haqları qurumları, müdafiə təşkilatları isə edam cəzasını ləğv etməyi planlayan Baydenin prezident səlahiyyətlərinə başlamazdan əvvəl belə edamların sistematik xarakter almasını kəskin tənqid edirlər.