12 Dekabr 2020 22:40
4 264
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan Xarici İşlər Nazirliyi Dövlət Dumasının Təhsil və Elm Komitəsinin sədri Vyaçeslav Nikonovun Qazaxıstan ərazisinin Rusiyanın böyük bir hədiyyəsi olduğuna dair açıqlamasına görə Rusiyaya nota verib.

Teleqraf.com xəbər verir ki, Rusiya Federasiyasının müvəqqəti işlər vəkili Aleksandr Komarov Qazaxıstan XİN-nə dəvət olunub.

Qazaxıstan xarici işlər nazirinin müavini Marat Sızdıkov Nikonovun açıqlamasından narahatlıq ifadə edib.

Rusiya Federasiyasının dövlət xadimlərindən bu cür bəyanatların səslənməsinin qarşısını almaq üçün tədbir görmək tələb olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər