Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan 72 nəfər həyatını itirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargah məlumat yayıb.
Ümumilikdə pandemiyanın başlayandan paytaxtda virusa 685,8 min nəfər yoluxub, 524,8 minnəfər xəstəlikdən sağalıb, koronavirus təsdiqlənən 9 870 nəfər ölüb.
Rusiya Federasiyasındakı COVID-19 virusuna ümumi yoluxma sayı 2 625 848, ölüm sayı isə 46 453 təşkil edib.