İsveçin paytaxtı Stokholmun 50 kilometrliyində peyda olan yad gəmi ölkənin silahlı qüvvələrini əməlli-başlı təşvişə salıb. Sualtı hərbi gəmi olduğu iddia edilən obyektin Rusiyaya aid olunduğu bildirilsə də, bu, hələ ki, təsdiqini tapmayıb.
Məsələnin mediada işıqlandırılması və ictimailəşməsi İsveç əhalisində də narahatlıq, həyacan doğurub. Teleqraf.com-un məlumatına görə, İsveç ordusu hazırda yaxın ərazidə peyda olan dənizaltı obyektlə bağlı kəşfiyyat əməliyyatını davam etdirir.
Bununla yanaşı, qeydə alınan obyektin dəqiq təyinatını müəyyənləşdirmək mümkün olmayıb. Əməliyyatı icra edən səlahiyyətlilərin verdiyi açıqlamalar onların naməlum obyektə yaxınlaşmağa tərəddüd göstərdiyini, bu barədə məlumatlarının məhdud və yetərsiz olduğunu təsdiqləyir.
Nail Cəlil