Video əlavə olunub.
***
09:34
Yunanıstanın Avropa Birliyinin 10-11 dekabr tarixlərində keçirilən Liderlər Zirvəsindəki məyusluğu davam edir. Ölkədə Türkiyəyə sanksiya qərarına qarşı çıxan Almaniya, Fransa, İspaniya, İtaliya, Bolqarıstan, Polşa və Maltaya qəzəb böyükdür.
Teleqraf.com xəbər verir ki, bu barədə yunan mediası yazıb.
Almaniya-İspaniya-İtaliya üçlüyünün zirvədə Türkiyənin “çətiri” rolunu oynadığını bildirən yunan nəşri “To Vima” uzun müddətdir Ankara əleyhinə sərt ittihamlarla çıxan Fransa Prezidenti Emmanuel Makronun da sanksiya məsələsində istəksiz görünməsinin rəsmi Afinanı məyus etdiyini vurğulayıb.
Bolqarıstan və Maltanın da Türkiyəni dəstəklədiyinə diqqət çəkən qəzet Yunanıstanın zirvədə hədəflərinə çatmadığını bildirib.
“Kathimerini” qəzeti isə AB zirvəsində Yunanıstanın yanaşmasına düşmən münasibəti göstərən ölkələrin İspaniya olduğunu, Polşa və İtaliyanın da ondan geri qalmadığını yazıb:
“Hələ iki ay əvvəl dəniz dibinin bölüşdürülməsi ilə əlaqədar sənədə imza atan İtaliya AB zirvəsində açıq şəkildə Türkiyə tərəfdarı idi. Bu, Afinanın xoşuna gəlmədi”.
Polşa və Bolqarıstanın açıq şəkildə Türkiyəyə dəstək verdiyini bildirən “Real News” qəzeti isə Ankaranın Afinanı məğlub etdiyini və bunun səbəbinin Almaniya Kansleri Angela Merkal olduğunu qeyd edib.
Nəşr Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəqibləri qarşısında inamlı qələbə qazandığını iddia edib: “Ərdoğan zirvədən Merkel sayəsində yaralanmadan çıxdı”.