14 Dekabr 2020 11:51
773
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanı bəyan edib ki, Ciddə limanında neft tankerində partlayış “kənar müdaxilə” səbəbindən olub.

Teleqraf.com xəbər verir ki, yerli qaynaqlar Qırmızı dənizin sahilində Ciddə limanında BV Rhuni adlı Sinqapur bayraqlı neft tankerinin xarici müdaxilə nəticəsində partladıldığını qeyd edir.

Gəmidə olan 22 personal partlayışdan xəsarət görmədən xilas edilib.

Qeyd edək ki, partlayışa səbəb neft sızıntısı ola biləcəyi ehtimal edilirdi. Hələlik Səudiyyə Ərəbistanı və Yəməndəki Husilər rəsmi açıqlama verməyib.


Müəllif: Cavad

Oxşar xəbərlər