Nigeriya ordusu “Boko Haram”a terrorçu qruplaşmasına növbəti ağır zərbə endirib. Hökumət qüvvələri terrorçu qruplaşmanın döyüşçüləri olduğu bildirilən 25 şəxsi məhv ediblər.
Teleqraf.com-un “RİA Novosti”-yə istinadən verilən xəbərə görə, hərbçilər və silahlılar arasında qızğın döyüşlər oktyabrın 19-u axşam saatlarından başlayıb və 2 gün ərzində davam edib. Məlumata görə, silahlılar ölkənin Bornno ştatındakı Damboa şəhərinə daxil olmağa cəhd ediblər.
Terrorçuların bu cəhdinin qarşısı ordu tərəfindən alınıb. Hərbçilər arasında itkilər barədə məlumat verilmir.