14 Dekabr 2020 21:35
3 700
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə həmişə sanksiya dövründə İranın yanında olub”.

Teleqraf.com xəbər verir ki, bunu Güney Azərbaycanın Təbriz şəhərinin İran parlamentindəki deputatı Əhməd Əlirza Beygi deyib.

Deputat son günlərdə İranda Türkiyə əleyhinə aparılan təbliğatı tənqid edib:

“Türkiyə sanksiya dövründə İranın yanında oldu. Hətta İrandan qaz almaq üçün riskə getdi, amma hökumət ölkənin son kanalını da bağlamaq istəyir. Bəzi qərbpərəstlər ölkəni Qərbin təsir dairəsinə salmaq üçün qonşu ölkələrə son nəfəs kanallarını da bağladılar. Nəticədə İran üçün sanksiya sədlərinin aşılmasında iki önəmli nöqtə olan Oman və Türkiyə ilə münasibətlərdə problemlər yarandı”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər