Yəhudilər İsrail polisinin ciddi müşayiəti altında Məscidül-Əqsaya daxil olub.
Teleqraf.com yerli mediaya istinadən xəbər verir ki, təxminən 40 nəfərdən ibarət bir qrup yəhudi İsrail polisinin nəzarəti altında Məscidül-Əqsanın həyətinə daxil olub.
Səhər saatlarından etibarən İsrail polisinin məscidə daxil olmaq istəyən müsəlmanlara çətinlik yaratdığı, şəxsiyyəti təsdiq edən vəsiqələri aldığı və insanların məsçidi tərk etməsinə qədər özlərində saxladığı bildirilib.
Yəhudələrin Məscidül-Əqsaya rahat şəkildə daxil olması isə müsəlmanların kəskin mənfi reaksiyasına səbəb olub.
Qeyd edək ki, Qüdsdə yerləşən Məscidül-Əqsa müsəlmanların ilk qibləsi xüsusiyyətini daşıyır.