Bosniya və Herseqovinanın Rəyasət Heyətinin xorvat üzvü Jelko Komşiç və boşnak üzvü (müsəlman slavyanlar) Şefik Caferoviç ölkəyə işgüzar səfərə gəlmiş Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşməkdən imtina ediblər.
Teleqraf.com xəbər verir ki, bu barədə RİA Novosti Komşiç və Caferoviçin KİV üçün birgə açıqlamasına istinadən xəbər yayıb.
Onların fikrincə, bu qərar nazirin bu yaxınlarda Deyton razılaşmaları ilə bağlı Bosniyanın mövqeyinə zidd açıqlamaları ilə əlaqədardır.
Qeyd olunur ki, Rusiya xarici işlər nazirinin Rəyasət Heyətinin üç üzvü ilə - Komşiç, Caferoviç və Milorad Dodiklə görüşü onun Bosniya və Herseqovinaya səfəri çərçivəsində planlaşdırılmışdı.
Bundan əvvəl S.Lavrovun 14-15 dekabr tarixlərində Bosniya və Herseqovinaya işgüzar səfərə gedəcəyi bildirilmişdi.