21 Oktyabr 2014 08:23
1 226
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İŞİD” terror qruplaşmasının silahlıları İraq və Suriya ərazisində nəzarət etdikləri yataqlarda maksimum 80 min barel neft hasil edirlər. Teleqraf.com-u məlumatına görə, bu barədə “RİA Novosti”-yə Bəhreyn beynəlxalq strateji araşdırmalar mərkəzinin direktoru Xalid ər Rüveyxi bildirib.

Xalid ər Rüveyxi qeyd edib ki, İŞİD-in İraq və Suriyada geniş ərazilər ələ keçirməsi neftin qiymətinə dolayısı təsir edir, çünki, bu, neft istehsalatının təhlükəsizliyi ilə bağlıdır. Ekspert, həmçinin, İraqdakı vəziyyətin gərgin olduğunu bildirərək qeyd edib ki, əgər terrorçular mərkəzi Anbar əyalətini ələ keçirərlərsə, bu İraqda neftin hasilatına və ixracına olduqca mənfi təsir edəcək.

“İŞİD”in İraq və Suriyada neft yataqlarını ələ keçirməsinin neftin qiymətinə təsiri məsələsinə toxunan Xalid ər Rüveyxi qeyd edib ki, İŞİD cəmi 10 kiçik neft yatağına nəzarət edir və bu yataqlardan gün ərzində maksimum 80 min barel neft hasil edir. İraqda neft hasilatı, əsasən, ölkənin cənubunda, Bəsrə yaxınlığında aparılır. Burada gündəlik 2,5 milyondan çox neft hasil olunub.


Müəllif:

Oxşar xəbərlər