16 Dekabr 2020 09:58
4 200
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO-nun ikinci ən böyük ordusuna sahib Türkiyə ilə münasibətləri gərgin olan Yunanıstan Fransadan dəstək almağa başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə mediasında məlumat yayılıb.

Aralıq dənizinin şərqindəki gərginlikdə indiyədək Fransadan siyasi dəstək alan Afina bu dəfə Parislə hərbi anlaşma imzalayacaq.

Yunanıstan Baş naziri Kiryakos Miçotakis Fransa ilə bir anlaşma imzalayacağını açıqlayaraq 18 ədəd “Rafale” savaş qırıcıları satın alacaqlarını deyib.

Bölgədə təzyiqlərin artdığına diqqət çəkən Miçotakis qarşıdakı bir neçə gün ərzində 18 ədəd döyüş təyyarəsinin alınması üçün Yunanıstan və Fransa arasında sənədlərin imzalanacağını söyləyib.

O, qırıcıların 2021-ci ildə təslim ediləcəyini bildirib. Miçotakis yeni döyüş gəmiləri, dron və yenilənmiş “F-16”-lar satın almaq istədiklərini də açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər