Rusiya Prezidenti Vladimir Putinin “məğlubedilməz” adlandırdığı “Avanqard” ballistik raketi yeraltı anqarda yerləşdirilib və işə salınıb.
Teleqraf.com xəbər verir ki, Rusiyanın 2018-ci ildə uğurla sınaqdan keçirdiyi və sınaqlarını Putinin də izlədiyi “Avanqard” qitələrarası ballistik raketi ötən il rus ordusunun inventarına daxil edilib.
Səs sürətindən 27 dəfə sürətli hərəkət edən və öz öz sinifinin ən inkişaf etmiş ballistik raketi olan “Avanqrad” Rusiya ordusu tərəfindən aktivləşdirilib. Rus ordusu “Yeni Başlanğıc” razılaşmasının prosedurlarına uyğun olaraq, Rusiyanın 2019-cu il 24-26 noyabr tarixlərində ABŞ-ın nəzarət qrupuna göndərdiyi raket sistemi ilə əlaqədar hərəkətə keçib.
Rəqiblərinin raketdən müdafiə sistemlərini məhv edə biləcəyi iddia edilən “Avanqard” qitələrarası raket sistemi paytaxt Moskvadan 1478 km cənubda yerləşən Orenburq bölgəsində dislokasiya edilib.
Rusiya Müdafiə Nazirliyi raket sistemlərinin yeraltı anqarda yerləşdirilməsi prosesinin bir neçə saat çəkdiyini açıqlasa da, raket sisteminin qurulmasının 2020-ci ildə Rusiya ordusunun fəaliyyətinə daxil edildiyi bildirilib.