21 Oktyabr 2014 09:59
854
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna xüsusi xidmət orqanının əməkdaşları insan orqanlarının satışı ilə məşğul olan beynəlxalq cinayət qruplaşmasının iki üzvünü yaxalayıblar.

Cinayətkarlar aztəminatlı ailələrin üzvlərini aldadaraq qanunsuz orqan əməliyyatlarının keçirilməsi üçün Asiya və Latın Amerikası ölkələrinə göndərirdilər. 2010-2014-cü illər ərzində onlar Ukrayna, Azərbaycan, Litva və Rusiya Federasiyasından olan 50-yə yaxın insanı əməliyyata sövq ediblər.

Saxlanınanlara “insan alveri və ya insanla bağlı digər qanunsuz sövdələşmə” maddəsi ilə iş açılıb.

İsitintaqın məlumatına görə keçirilən 25 qanunsuz əməliyyatlardan 15-i Azərbaycanda yerli həkimlər tərəfindən, digərləri isə Ekvador və Kosovoda keçirib.


Müəllif:

Oxşar xəbərlər